XƏBƏRLƏR

İMEC Riyaziyyat olimpiadasından qızıl medal
29.03.2023
12 fevral 2023-cü il tarixində keçirilən İMEC Riyaziyyat olimpiadasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 7c sinif şagirdi Okan İslam Aqil oğlu qızıl medal qazanmışdır.
Qeyd edək ki, dünyanın 29-dan çox ölkəsinin qatıldığı bu bilik yarışında qalib gələn şagirdlər 2023-cü il avqustun 8-13-ü aralığında Londonda təşkil olunacaq qlobal turda iştirak etmək hüququ qazanır.
Şagirdimizi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!