FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Ana dilim - varlığımdır" adlı bilik yarışı

29.03.2023

     29 mart 2023-cü il tarixində Mərkəzi Elmi Kitabxanada AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı və Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan IX sinif şagirdlərinin iştirakı ilə “Ana dilim - varlığımdır” adlı bilik yarışı keçirildi.

    Əvvəlcə Dilçilik İnstitutunun icraçı direktoru dosent Baba Məhərrəmli çıxış edərək, bu tədbirin 27 mart “Elm Günü”nə həsr olunduğunu qeyd etdi. Daha sonra İnstitutun Təhsil şöbəsinin müdiri dosent Rasim Heydərov bilik yarışının qaydaları haqqında məlumat verdi.

   7 komandanın iştirak etdiyi yarış 3 mərhələdə keçirildi. Şagirdlər onlara təqdim olunan test tapşırıqlarını müəyyən vaxt ərzində cavablandırdılar. Yarışmanın sonunda topladıqları bala görə “Dilçilər” birinci, “Dil sevdalıları” ikinci, “Vurğu” komandası isə üçüncü yerə layiq görüldü. İnstitutut adından şagirdlərə hədiyyə və təltifnamələr verildi. Sonda Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli qalib şagirdləri təbrik edərək, bildirdi ki, Ana dilinə həsr olunmuş bu bilik yarışının təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsindən, şagirdlərdə Azərbaycan dilinə olan marağın artırımasından ibarətdir. Tədbirdə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tədris işləri üzrə direktor müavini Elçin Məmmədov  və liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Mədətli də iştirak edirdi. Tədbirin sonunda onlar təşkilatçılıq və əməkdaşlıq etdikləri üçün Dilçilik İnstitutunun rəhbərliyinə təşəkkür etdilər.