
31 Mart soyqırımına həsr edilmiş dərs
31.03.2023
31 mart 2023-cu il tarixində Fizika riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə 9ç sinif şagirdləri ilə birlikdə "31 Mart soyqırımının" 105-ci ildönümü ilə əlaqədar dərs təşkil etdi.
İlk öncə soyqırım qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq, birdəqiqəlik sükutla yad edildi, daha sonra şagirdlər araşdırmalar edərək hazırladıqları müxtəlif video və foto slaydlar təqdim etdilər. Mövzu ətrafında diskusiya təşkil edildi, fikirlər söylənildi. Şagirdlər vurğuladılar ki, tarixən xalqımıza qarşı törədilmiş soyqırım və qətllər, onları törədən cinayətkarlar dəyişməyib.
31 mart, 20 yanvar, 14 fevral, 26 fevral və s. bu cür qanla yazılmış günlərin sayını daha da artırmaq olar, təəssüf ki. Bu qanlı hadisələr xalqımızın mübarizlik ruhunu sındıra bilmədi. Əksinə azadlıq uğrunda mübarizədə daha da mətinləşdik.