FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Aprel döyüşlərindən 7 il keçir

03.04.2023

    3 Aprel 2023-cu il tarixində Fizika riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə 9d ve 9ç sinif şagirdləri ilə birlikdə Zəfər tarixi dərsində "Aprel döyüşlərindən 7 il keçir" mövzusunda dərs təşkil etmişdir. İlk öncə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edildi.   

    Daha sonra Aprel döyüşləri haqqında maraqlı müzakirələr apardılar. Şagirdlər "Aprel Zəfərinin" Qarabağa gedən yolun başlanğıcı olduğunu qeyd etdilər. Müzakirələr aparıldıqdan sonra şagirdlərlə birlikdə Aprel döyüşlərinin milli qəhrəmanlarından olan Şükür Həmidov, Murad Mirzəyev, Samid İmanov, həmçinin Pəncəli Teymurov haqqında və digər şəhidlər barədə topladıqları məlumatları təqdim etdilər.