XƏBƏRLƏR

Buraxılış imtahanında ən yüksək nəticə
07.04.2023
Tam orta təhsil səviyyəsini bitirən şagirdlər üçün DİM tərəfindən 05 mart 2023-cü ildə keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Nəticələrə görə ölkə üzrə ən yüksək bal toplamış şagirdin adı açıqlanıb. O, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11b sinif şagirdi Hacıyev Arif Nəriman oğludur. Belə ki, Arif bu imtahanda 296,7 bal toplayaraq, ölkə birincisi olub.
Şagirdimizi, onun üçün əziyyət çəkən hər kəsi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!