XƏBƏRLƏR

"Zəfərə aparan yolun başlanğıcı" adlı tədbir
11.04.2023
11 aprel 2023-cü il tarixndə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8ç sinif şagirdləri sinif rəhbəri Nərmin Hüseynzadə ilə birlikdə dərsdən sonrakı məşğələdə Aprel və Tovuz döyüşlərindən bəhs edən “Zəfərə aparan yolun başlanğıcı” adlı tədbir keçirdilər.
Şagirdlər hər iki döyüş barədə slaydlar, eyni zamanda, bu döyüşlərin qəhrəmanları barədə geniş məlumatı əhatə edən divar qəzetləri hazırlamışdılar.