
"Musiqinin insan psixologiyasına təsiri" adlı tədbir
07.04.2023
07 aprel 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində "Musiqinin insan psixologiyasına təsiri" adlı təqdimat kecirildi. Təqdimatı liseyin sagirdləri: Yusifli Lamiyə (10a), Əliyev Vahid (9d), Layıcova Tamella (9ə) hazırlamışdı.
Məktəbin muəllim və şagirdləri təqdimatda musiqinin insan psixologiyasına birbaşa təsiri, saglamlıqda, usaq tərbiyəsində əhəmiyyəti ilə baglı maraqlı məlumatlar dinlədilər. Şagirdlər musiqinin yaranma tarixi, muxtəlif janrlar və tanınmış ifaçılar haqqında məlumatlar verdilər.
Tədbirin ikinci - “Musiqinin dili yoxdur” adlı bədii hissəsində liseyin istedadlı şagirdlərinin ifaları səsləndi. Fərqli janrlarda mahnılar ifa edən şagirdlər dinləyicilər tərəfindən gurultulu alqışlarla qarşılandı. Tədbirdə Azərbaycan, turk, ingilis, İtalyan, rus dilində oxunan mahnılar musiqinin dilinin yoxluğunu, melodiyasının və mənasının əhəmiyyətini bir daha subut etdi. Tədbirdə 10 a sinfi şagirdləri: Yusif Abbaszadə, Nigar Zeynalova, Fateh İsgəndərli, 10ç sinif şagirdləri: Elnarə Heydərova, Nicat Babayev, 9e sinif şagiri Xəyal Teyyubov, 8ç sinif şagirdi: Aysən Məmmədova, 7c sinif şagirdi: Azər Agamalıyevin gözəl ifaları dinləyicilər tərəfindən ayaqüstə alqışlandı.