FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimizin "HumanEnergy" adlı startapı 3-cü yerə layiq görülüb.

14.04.2023

    13-14 aprel 2023-cü il tarixləri arasında Azərbaycan Respublikasının Prezidenti və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzi, “Azərişıq ASC” və “ASAN xidmət” tərəfindən keçirilən “Energy Tech” hakatonunda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10c sinif şagirdi Sadıqlı Nəsimi İmaməddin oğlunun “HumanEnergy” adlı startapı 3-cü yerə layiq görülüb.    

  Layihənin məqsədi alternativ enerji mənbələrindən düzgün istifadə və enerji səmərələliyinin artırılması üçün təkliflər vermək idi.

    Nəsimini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!