FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz "Dahi rəhbər" adlı açıq dərsdə iştirak etdilər.

13.04.2023

    13 aprel 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə, sinif rəhbəri Rəqibə Mirzəliyeva liseyin 7b sinif şagirdləri ilə birlikdə Yasamal rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Dahi rəhbər" adlı açıq dərsdə iştirak etdilər.
      Şagirdlər əvvəlcə muzey bölməsində H.Əliyevin büstünü ziyarət etdilər, daha sonra fotoşəkillərə, eksponatlara baxaraq ətraflı şəkildə məlumatlandırıldılar.
       Açıq dərs zamanı "Heydər Əliyevi biz necə tanıyırıq və necə tanıtmalıyıq?"  və digər suallar ətrafında geniş müzakirələr aparıldı. Şagirdlər Ulu öndər haqqında geniş məlumatandırıldıqdan sonra Mərkəzin elmi işçisi Azər Zeynalzadə və digər əməkdaşları dərsi maraqlı, məlumatlandırıcı və müzakirələr şəklində təşkil etdiyi üçün müəllim və şagirdlərə dərin təşəkkürlərini bildirdilər.