FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Azərbaycan elm tarixində olkəyə qızıl medal gətirən ilk qız riyaziyyatçı – Fidan Mübariz qızı Qarayeva

19.04.2023

    13 – 19 aprel 2023-cü il tarixləri arasında Sloveniyanın Portoroz şəhərində XII Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirildi. Bu yarışda 57 ölkədən 213 məktəbli iştirak edirdi. Olimpiadada 4 məktəbli ilə təmsil olunan Azərbaycan komandası uğurla çıxış edərək, 1 qızıl, 1 bürünc medal və 2 həvəsləndirici mükafat qazandılar. Qeyd edək ki, qızıl medal qazanan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11b sinif şagirdi Qarayeva Fidan Mübariz qızıdır. O, bütün iştirakçılar arasında maksimum nəticə göstərərək və ən yüksək bal toplayaraq, Azərbaycan elm tarixinə olkəyə qızıl medal gətirən ilk qız riyaziyyatçı kimi adını yazdırdı.

   Fidanı, onun üçün əziyyət çəkən hər kəsi təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!