FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fəxri Məzun layihəsi çərçivəsində növbəti məzunumuz Mustafa Babanlı

10.10.2016

Mustafa Baba oglu Babanlı 1968-ci il fevral ayının 21-də muəllim ailəsində anadan olub. 1983-cu ildə Bakı səhəri 1 saylı Fizika-Riyaziyyat təmayullu orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik Institutunun muhəndis-fizikası fakultəsinin metallar fizikası ixtisasına daxil olub. 1989–cu ildə Ukrayna Milli Texniki Universitetinin muhəndis-fizikası fakultəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mutəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrubə zavodlu xususi konstruktor burosunda muhəndis-texnoloq kimi əmək fəaliyyətinə baslamışdır.

M. Babanlı 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası Institutunda aspiranturada təhsil almıs, 1993-cu ildə vaxtından əvvəl, “Bərk cisimlərin fizikası” ixtisası uzrə, “Ifrat surətlə soyudulmus TiNiCu ərintilərində faza cevirmələri” movzusunda namizədlik dissertasiyasını mudafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

1996-cə ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşunaslıq kafedrasında isləyir. əvvəlcə assistent, 2001-2010-cu illərdə dosent, 2010-2015-ci illərdə professoru vəzifəsində isləmisdir. 2010-2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində calışmışdır.

27 fevral 2008-ci ildə Azərbaycan Texniki Universitetində texniki elmləri uzrə doktorluq dissertasiyasını mudafiə edərək “Materialşünaslıq” ixtisası uzrə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. Mustafa Babanlı Azərbaycan Texniki Universitetinin nəzdində D-02.171 Dissertasiya Şurasının, həmcinin Təhsil Nazirliyi yanında Metodiki əlaqələndirmə Şurasının üzüvüdur.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dovlət Neft və Sənaye Universitetinin rektoru təyin edilmişdir.