FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Müəllimlər üçün sorğu

18.04.2023

    2023-cü ilin mart-aprel ayları ərzində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində çalışan müəllimlər arasında sorğu keçirildi. Sorğunun təşkilində əsas məqsəd idarəetməni daha da təkmilləşdirmək üçün pedaqoji heyətin fikirlərini əldə etmək və növbəti iş fəaliyyətində nəzərə almaqdan ibarətdir.

  Hazırlanmış sorğu anketinin məzmununda hazırkı işə münasibət, liseyin rəhbər heyətinin müxtəlif keyfiyyətlər üzrə qiymətləndirilməsi, kollektivə münasibət, iş şəraitinin dəyərləndirilməsi, idarəetmənin təşkilinə münasibət, problemlərin həlli yolları barədə təkliflər və s. barədə suallar yer alıb.

   Liseyin psixoloqu Sevda Nəbiyeva, UBR Nərmin Hüseynzadə  və riyaziyyat müəllimi Rəxşəndə Məmmədova sorğunun nəticələri barədə hesabatı hazırlayaraq, rəhbərliyə təqdim etdilər.

  Sorğunun təşkilatçılarına təşəkkür edir, işlərində uğurlar arzulayırıq!