FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Ən yaxşı yazı müsabiqəsinin qalibi"- Sadıqlı Nəsimi İmaməddin oğlu

05.05.2023

     5 may 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusunda keçirilən “Ən yaxşı yazı” müsabiqəsində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10c sinif şagirdi Sadıqlı Nəsimi İmaməddin oğlu qalib elan olunan ilk 5 nəfərin siyahısına düşüb. Qeyd edək seçim 300+ müraciət arasından müəyyən olunub.

   Tədbirdə Dövlət Komitəsi sədri Bahar Muradova, Elm və Təhsil nazirinin müşaviri Elnur Nəsibov və digər Dövlət orqanlarının nümayəndə heyəti iştirak edirdi. Mükafat olaraq, qaliblərə Diplom və “Samsung Tab 7” hədiyyə olundu.       

   Nəsimini təbrik edir, yeni- yeni uğurlar arzulayırıq!