
"100 illik şəxsiyyət" mövzusunda dərs
10.05.2023
10 may 2023-cü il tarixində Fizika riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə liseyin 9ç, 9d sinif şagirdləri ilə birlikdə Ulu öndər Heydər Əliyevin doğum günü (100 illik yubileyi) münasibətilə "100 illik şəxsiyyət" mövzusunda dərs təşkil etdi.
Şagirdlər və müəllim ilk növbədə Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad etdilər.
Daha sonra şagirdlər mövzu ətrafında diskusiya təşkil edib, fikir mübadiləsi apardılar, topladıqları maraqlı məlumatları təqdim etdilər. Heydər Əliyevin böyük qayıdışı dövrünə (1993-cü il) dair arxiv videolara maraqla baxıldı.
Şagirdlər bir daha əmin oldular ki, Heydər Əliyev Azərbaycan tarixində rəhbər, xaosu yatra biləcək siyasi lider olduğuna, xalqı vətəndaş müharibəsindən xilas edib, daha düzgün siyasi istiqamətdə işlər görmüş, Qarabağ düyününün açılması üçün bacarığını əsirgəməmişdi.