FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Heydər Əliyev və İncəsənət" adlı tədbir

10.05.2023

   10 May 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Xd sinif şagirdləri və sinif rəhbəri Zeynalova Aytac Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və İncəsənət” adlı tədbirdə iştirak etdilər.

 Tədbiri açıq elan edən aparıcı fenomenal şəxsiyyət Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən söz açdı. Azərbaycançılıq məfkurəsinin formalaşması və genişlənməsində ümummilli lider Heydər Əliyevin böyük rolu olduğu vurğulandı. Tədbirdə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin "Oğuzlar" folklor xalq ansamblı, "Ailə" folklor xalq ansamblı, "Şəlalə" xalq çalğı alətləri xalq ansamblının üzv və solistləri, "Ələsgər Ələkbərov" adına xalq teatrının üzvləri ulu öndərə həsr olunmuş rəngarəng proqram ilə çıxış etdi, ümummilli liderimizin əziz xatirəsi yad edildi.