FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin 100 illiyi şərəfinə "Ünsiyyət və biz" adlı tədbir keçirildi

10.05.2023

    10 may 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində “Heydər Əliyev ili” çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyi şərəfinə “Ünsiyyət və biz” adlı tədbir keçirildi. Liseyin 10a sinif şagirdləri (Oruclu Natiq, Tərişli Nihat, Abbaszadə Yusif, İsgəndərli Fateh, Tarverdiyev Nurlan, Baxışlı Vahid, Tağıyev İsgəndər) tərəfindən hazırlanan bu tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Videoçarxda ulu Öndərin nitqindən seçilmiş parçalar səsləndirildi.

   Ardınca 10a sinif şagirdi Natiq Oruclu hazırladığı slaydlarda ünsiyyət nədir, ünsiyyətdə yaranan problemlər, digər ünsiyyət vasitələri, insan nitqinin yaranmasını izah etməyə çalışan alimlərin apardığı təcrübələr barədə geniş məlumat verdi. Tədbirin gedişi zamanı dinləyicilərin də fəallığı təmin edildi, proses interaktiv şəkildə aparıldı. Tədbir iştirakçıları onlara təqdim olunan müxtəlif şəkillər (müəllif: 11c sinif şagirdi Fatimə Qasımzadə) barədə fikirlərini bildirdilər. Tədbir boyu nitq prosesində, informasiyanın ötürülməsi zamanı yol verilən xətaların əyani sübutu üçün eksperiment aparıldı. Tədbirdə müxtəlif  müsiqi parçaları da təqdim edildi.

   Bütövlükdə, “Ünsiyyət və biz” treninqi iştirakçılar tərəfindən maraqla qarşılandı. Tədbrin təşkilində əməyi olan hər kəsə: müəllimlərə (Mirzəyeva Aləmzər, Məmmədova Rəxşəndə, Nəbiyeva Sevda, Hüseynzadə Nərmin, Seyidova Sevinc) və şagirdlərə liseyin rəhbərliyi adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq!