
Şagirdlərimiz kibertəhlükəsizlik üzrə maarifləndirmə yarışında II yerə layiq görülüblər
15.04.2023
15 aprel 2023-cü il tarixində Bakı Ali Neft Məktəbində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı, 12-17 yaş arası yeniyetmələrin iştirakı ilə CTF yarışı keçirilib. “Ümumi təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə maarifləndirmənin aparılması layihəsi” çərçivəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və “Cyberpoint” şirkətinin dəstəyi ilə keçirilmiş yarışın texniki təşkilatçıları qismində “İnterprobe” və “UnifyBytes” şirkətləri çıxış edib. Yarışda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10d sinif şagirdləri: Şahin Ələkbərli, Rüfət Musayev və Saleh Qasımlının yaratdığı "H4wk5" komandası iştirak edən 15 komanda arasında uğur qazanaraq, 2-ci yerə layiq görülüb, sertifikatlarla təltif olunub və 1000 manat pul mükafatı qazanıblar.
Şagirdlərimizi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!