FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Respublikanın qabaqcıl təhsil işçisi" Nəsibova Zareta Almas qızı

14.10.2016

Nəsibova Zareta Almaz qızı 19 sentyabr 1962-ci ildə Gürcüstanın Marneuli rayonunun Alyeti kəndində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmiş və 1980-1985- ci illərdə BDU-nun mexanika-riyaziyyat  fakultəsini fərqlənmə diplomu ilə başa vurmuşdur.

1985-ci ildən Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə riyaziyyat müəllimi kimi fəalliyyət göstərir.  Savadlı , məsuliyyətli və yüksək dünyagörüşlü bir ziyalıdır. Zareta müəllimənin  şagirdləri Respublika və Beynəlxalq olimpiadaların qalibləri olmuşdur.  Buraxılış sinifləri isə yüksək balla və yüksək faizlə ali məktəblərə qəbul olurlar. Hələ gəncikən 1996-cı ildə Təhsil Nazirliyi Zareta müəllimənin iş təcrübəsinin Respublika miqyasında yayılmasına sərəncam vermişdir.  Zareta  müəllimə müəllim, şagird və valideyin kollektivi arasında yüksək nüfuza malikdir.

Bu günlərdə Zareta müəllimə "Respublikanın qabaqcıl təhsil işçisi " fəxri  adına layiq görülmüşdür. Bu münasibətlə liseyimizin müəllim və şagird kollektivi adından təbrik edir və uğurlarının davamını arzu edirik.