FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyə qəbul qaydaları

12.05.2023
Lisey və gimnaziyalara sənəd qəbulu başlayıb. Sənədlərin qəbulu şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (https://sy.edu.az/login) may ayının 12-dən iyun ayının 6-na kimi davam edəcək. Qəbul imtahanı TƏDRİS DİLİ və RİYAZİYYAT fənni üzrə keçiriləcəkdir.
Qeyd: Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinə qəbul imtahanı aşağıdakı siniflər üzrə keçiriləcəkdir:
Hazırda 6-cı sinifdə təhsil alan şagirdlər (7-ci sinfə qəbul);
Hazırda 7-ci sinifdə təhsil alan şagirdlər (8-ci sinfə qəbul).
Siniflər üzrə sual sayı belədir:
VII sinfə qəbul: Tədris dili 20 sual, Riyaziyyat 40 sual. Cəmi: 60 sual;
VIII sinfə qəbul: Tədris dili 25 sual, Riyaziyyat 50 sual. Cəmi 75 sual.
İmtahan VI-VII siniflər üzrə (VII və VIII siniflərə qəbul) - 16 iyun 2023-cü il tarixində keçiriləcəkdir.
Sənəd qəbulu onlayn https://sy.edu.az portal üzərindən valideyn (və ya qanuni nümayəndə) tərəfindən aparılır. Bu mərhələdə əyani sənəd qəbulu aparılmır.
Portalda (https://sy.edu.az) qeydiyyatı olan valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq, “Mərkəzi imtahanla qəbul” yazısını işarələməklə açılan pəncərədə imtahanın keçiriləcəyi şəhəri və mərkəzi seçməlidir.
Portalda qeydiyyatı olmayan valideyn (və ya qanuni nümayəndə) öncə şəxsi kabinet yaratmalı, daha sonra şagirdin məlumatlarını kabinetə əlavə etməli və “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” qeydi yazılan yerdən imtahanın keçiriləcəyi şəhəri və mərkəzi seçməlidir.
Qeydiyyatdan keçərkən Kitabça dili bölməsi görünəcəkdir. Bu mərhələdə seçilən tədris dilindən asılı olaraq, şagirdə sual kitabçası həmin dildə təqdim edilir. Buraxılış vərəqi yüklənib çap edilməyənə qədər qeydiyyatınız tamamlanmış hesab olunmur.
İmtahan mərkəzinə buraxılış vərəqi olmadan daxil olmaq və imtahanda iştirak etmək mümkün deyil. Şagirdin şəxsiyyət vəsiqəsində şəkli yoxdursa, buraxılış vərəqinə mütləq 3x4 ölçüdə şəkil əlavə edilməlidir. Buraxılış vərəqində möhürə ehtiyac yoxdur.
Şagird ancaq Əlavə sual olacağı təqdirdə votsap üzərindən (050)7914631 telefon nömrəsinə, yaxud https://sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilər.