FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz Mərkəzi Bankın elan etdiyi "Uşaqlar və pullar" müsabiqəsinin qalibi olublar

12.05.2023

   Azərbaycan Respublikası Mərkəzi Bankı ümumitəhsil məktəblərində maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, şagirdlərin maliyyə savadlılığı səviyyəsinin artırılması, həmçinin maliyyə məsələləri ilə bağlı düzgün qərarlar vermək vərdişlərinin yaradılması və inkişaf etdirilməsi məqsədilə 10-16 yaşlı şagirdlər arasında “Uşaqlar və pullar” virtual kursu üzrə 09 fevral – 30 mart tarixləri aralığında müsabiqə elan etmişdi. Müsabiqənin nəticələrinə görə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 3 şagirdi bu yarışmanın qalibi olub. 12 may 2023-cü il tarixində həmin şagirdlər Mərkəzi Bank tərəfindən mükafatlandırıldı.     

   Mükafatlandırılan şagirdlərimizi təqdim edirik:

      Rəsulzadə Məryəm Vüqar - 7c sinfi,

     Əliyeva Aygün Elşad – 8c sinfi,

     Quliyeva Arzu İlham – 10b sinfi.

   Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!