FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

12.05.2023

    12 may 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində Ümummilli lider,  müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illiyi şərəfinə tədbir keçirildi. .Tədbirin iştirakçıları 9d sinif şagirdləri idi. Əvvəlcə birdəqiqəlik sükut elan olundu. Daha sonra sinif rəhbəri Südabə Manafova açılış nitqi söylədi.

    Tədbirdə şagirdlərin Heydər Əliyevin həyatı, təhsili və prezidentlik dövrü barədə hazırladıqları slaydlar və məlumatlar təqdim edildi. Heydər Əliyev haqqında şeirlər deyildi. Sonda isə təlim-tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh çıxış edərək, Ulu öndər haqqında fikirlərini bölüşdü.