FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

40-cı Balkan Riyaziyyat Olimpiadasından 1 gümüş, 1 bürünc medal

13.05.2023

    8-13 may 2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərində 40-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edildi. Bu bilik yarışında Azərbaycanı təmsil edən komanda uğurla çıxış edərək 1 gümüş və 1 bürünc olmaqla, ümumilikdə, 2 medal və 3 həvəsləndirici mükafat qazanıb. Medal qazananlar Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XIb sinif şagirdləri: Cəlil Hüseyn oğlu Hüseynov və Fidan Mübariz qızı Qarayevadır. Belə ki, Cəlil gümüş, Fidan isə bürünc medala layiq görülüblər. Liseyimizin 10c sinfində oxuyan digər iki şagird: Səid Pərviz oğlu Bəkirov, Ömər Hikmət oğlu Qədimli isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər.  

    Şagirdlərimizi, onların valideyn və müəllimlərini, əməyi olan hər kəsi təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!