FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz III Məktəblilərarası Astronomiya Olimpiadasında medallar qazanıblar

16.05.2023

    14 may 2023-cü il tarixində Bakı Dövlət Universitetində ümumitəhsil müəssisələrinin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadası keçirildi. Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır. Bu bilik yarışında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri də iştirak etmiş və medal qazanmışlar. Onları siz də tanıyın.

Murad Abdulkərim Vüqar – XIb – I yer,

Qaraş Qaraşlı Mirzə - Xd – I yer,                                 

Emin İsgəndərov Cabir – IXə - II yer,                                 

Tofiq Heydərov Tərlan – IXd – III yer,

Aqil Güləliyev Ramil - IXə - III yer,

Oqtay Lətifli Fuad – IXa – III yer,

Əli Həsənli Fərrux – IXç – III yer,

Ağahəmid Həmidov Mansur – Xc - (həvəsləndirici),

Sübhan Dünyamalıyev Kamil – VIIIb - (həvəsləndirici),

Əli Qasımov Şıxəli – Xa - (həvəsləndirici),

Şaiq Şikar Faiq - IXə - (həvəsləndirici),

Amil İsmayılzadə Vidadi – Xa - (həvəsləndirici),

Şagirdlərimizi təbrik edir, uğurlarının davamını diləyirik!