FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseydə həyata keçirilmiş psixoloji maarifləndirmə işləri

26.05.2023

   2022-2023-cü dərs ili müddətində liseyin psixoloqu Sevda Nəbiyeva müxtəlif məqsədləri özündə ehtiva edən testlər aparmışdır. Belə ki, təhsil prosesinin optimallaşdırılması, eləcə də qarşıya çıxan problemləri həll etmək, şagirdlərin psixoloji vəziyyətini əvvəlcədən proqnozlaşdırmaq ən vacib məqsədlər kimi qəbul edilərək, psixodiaqnostik, psixokorreksiya xarakterli psixoloji müayinələr və eksperimentlər aparıldı. Bütün bu proseslər bəzən fərdi, bəzən də qrup halında həyata keçirildi. İl ərzində aparılan psixoloji konsultasiyalar şagird, müəllim və valideynləri əhatə etdi.