FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimiz "Eastern Partnership European School in Georgia" beynəlxalq məktəbinin tələbəsi adını qazanıb

02.06.2023

   Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10c sinif şagirdi Sadıqlı Nəsimi İmaməddin oğlu Avropa İttifaqının(Aİ) və Birləşmiş Millətlər Təşkilatının(BMT) dəstəyi ilə yaradılan “Eastern Partnership European School in Georgia” beynəlxalq məktəbinə tam təqaüdlə (60.000$) qəbul olaraq, növbəti iki ilini “The International Baccalaureate (IB) Diploma Programme (DP)” proqramı ilə davam etdirəcək. Dünyada yalnız 20 nəfərə verilən bu təqaüdün qaliblərindən biri kimi Nəsimini təbrik edir, ona növbəti təhsil illərində uğurlar arzulayırıq!