FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagiridmiz UWC (Beynəlxalq Dünya Kolleci) Changshu China kollecinə 100% təqaüdlə ($107,000) qəbul olmuşdur.

03.06.2023

   Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10d sinif şagirdi Ayxan Kazımlı Xalid oğlu UWC (Beynəlxalq Dünya Kolleci) Changshu China kollecinə 100% təqaüdlə ($107,000) qəbul olmuşdur. Qeyd edək ki, Ayxan 2023-2024-cü dərs ilindən IB proqramı üzrə təhsilini Çində davam etdirəcək.

   Şagirdimizi təbrik edir, ona yeni təhsil illərində uğurlar arzulayırıq!