XƏBƏRLƏR

Əl-Xarəzmi adına azyaşlıların Beynəlxalq Riyaziyyat Olimpiadasından bürünc medal
03.06.2023
29 may - 02 iyun 2023-cü il tarixləri aralığında Özbəkistanın Daşkənd şəhərində, Əl-Xarəzmi adına azyaşlıların Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilmişdir. Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8b sinif şagirdi Hüseynov Fərhad Hüseyn oğlu olimpiadada iştirak etmiş bürünc medal qazanmışdır.
Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik!