FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

RFO-da medal qazanan şagirdlər ilə liseyin rəhbərliyinin görüşü keçirildi.

05.06.2023

      05 iyun 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində məktəbin cari ildə RFO-da medal qazanan şagirdləri ilə liseyin rəhbərliyinin görüşü keçirildi. Görüşdə liseyin direktoru Tarıyel Talıbov çıxış edərək, şagirdləri təbrik etdi və müasir dünya elminin çağırışlarına hər zaman adekvat olmağa, arxayınlaşmayaraq, daim öz üzərlərində çalışmağa səslədi. Daha sonra liseydə riyaziyyat, fizika və informatika fənləri üzrə olimpiada hazırlığının önündə gedən müəllimlərimiz: Şəmsi Səfərov, Seyran Səfərov və Ruslan Mehdiyev çıxış etdilər, şagirdlərə uğurlar arzuladılar.   

     Görüş zamanı şagirdlərin fikirləri də dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda lisey tərəfindən hazırlanmış təltifnamələr medalçılara təqdim olundu.

   Xatırladırıq ki, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan şagirdlər cari dərs ilində RFO-da 12 qızıl, 20 gümüş, 27 bürünc olmaqla, ümumilikdə 59 medal qazanıblar.

  Şagirdlərimizi, onların valideynlərini və müəllimlərini, əməyi olan hər kəsi bir daha təbrik edirik!