FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimiz Uşaq Səfirlər Məclisinin Gürcüstanda nümayəndəsi kimi fəaliyyət göstərəcək

06.06.2023

   06 iyun 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradova Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10c sinif şagirdi Nəsimi Sadıqlı İmaməddin oğlunu qəbul edib. Öncə Bahar xanım Nəsimi Sadıqlını  Avropa İttifaqının(Aİ) və Birləşmiş Millətlər Təşkilatının(BMT) məktəbinə qəbul olduğu üçün təbrik edib və ona yeni təhsil həyatında uğurlar arzu edib.

 Daha sonra Bahar xanım Uşaq Səfirlər Məclisinin aktiv üzvü olan Nəsimi Sadıqlı ilə Gürcüstanda həyata keçirməyi planlaşdırdığı tədbirlər haqqında müzakirələr edib, ona Məclisin Gürcüstanda nümayəndəsi kimi fəaliyyət göstərməyi təklif edib.

  Nəsimiyə bu yolda uğurlar arzu edirik!