FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Hüquqlarımızı bilməliyik" mövzusunda tədbir

05.06.2023

       05 iyun 2023-cü il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində 7-ci siniflərin iştirakı ilə “Hüquqlarımızı bilməliyik” mövzusunda tədbir keçirildi. Tədbiri liseyin 8ç sinif şagirdləri sinif rəhbəri ilə birgə hazırlamışdılar. Liseyin psixoloqu Sevda Nəbiyeva, UBR Nərmin Hüseynzadə və tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev tədbirdə iştirak etdilər. Şagirdlər hazırladıqları və aşağıdakı mövzuları əhatə edən slaydları təqdim etdilər:

Hüquq nədir?

Hüququn yaranma tarixi,

Hüququn növləri,

Hüquq və vəzifələr,

İnsan hüquqlarının pozulması,

Qadın hüquqları.

    Şagirdlər fiziki məhdudiyyətli şəxslərin hüquqlarının pozulmasını əks etdirən videoçarx nümayiş etdirdilər. Eyni zamanda, uşaq hüquqlarının pozulmasını əyani göstərmək üçün səhnəcik də təqdim edildi. Sonda mövzu ilə bağlı uşaqların müəllimlərdən aldıqları müsahibələr göstərildi.