FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Novruz adət-ənənələrimiz

19.03.2024

    Bütün dünyada qeyd olunmaqda olan Novruz Azərbaycan xalqının qədim bayramlarındandır. Novruz bayramının adətlərindən biri, xurcun sallamaq - torba atmaq ənənəsidir. Həmin dövrdə evlərin bacalarından, qapılarından qurşaq, şal, yaylıq və s. atardılar ki, pay yığsınlar. Qapıya atılan xurcunu boş qaytarmaq olmazdı, içərisinə dadlı şirniyyatlar, evdə bayram üçün alınmış nemətlərdən az da olsa, qoymaq şərt idi. Axır çərşənbədə sinif rəhbərlərinin təşəbbüsü ilə yataqxanada qalan şagirdlərin qapısına  bu dəfə xurcunu bayram sovqatları ilə  doldurub atdıq.