FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Novruz adət-ənənələrimiz" adlı dərs

12.03.2024

   19.03.2023-cü il tarixində  UBR Hüseynzadə Nərminin və texnologiya müəllimi Pəlilova Söylünün təşkilatçılığı ilə liseyin yeməkxanasında VIII sinifdə oxuyan qızların iştirakı ilə “Novruz adət-ənənələrimiz” adlı dərs keçirildi. Dərsdə VIII siniflərin rəhbərləri də iştirak edirdi.

  Əvvəlcə texnologiya müəllimi Novruz adət-ənənələrindən danışdı və Novruz xonçasında nələrdən istifadə olunduğunu şagirdlərin nəzərinə çatdırdı, Novruz şirniyyatlarından söhbət açdı, şəkərburanın bişirilməsi, naxış qoyulmasını şagirdlərə göstərdi. Sonda şagirdlər yumurta boyadılar, müxtəlif hakıştalar dedilər, Novruz bayramına aid müxtəlif musiqilər dinləyib, yallı rəqsini oynadılar.