FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz "Sərhədsiz riyaziyyatçılar" layihəsi üzrə keçirilən olimpiadada mükafatlara layiq görülüblər

28.03.2024

    11-15 mart 2024-cü il tarixləri arasında ADA Universitetində X və XI sinif şagirdləri arasında “Sərhədsiz riyaziyyatçılar” layihəsi çərçivəsində dərslər keçirildi. Bu dərslər ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin riyaziyyat müəllimi Yaqub Əliyev tərəfindən tədris edilmişdi. Dərslərin keçirilməsində məqsəd riyazi analitika və məntiqi təfəkkürün inkişaf etdirilməsi, riyazi bilikləri praktika ilə birləşdirərək olimpiada səviyyəsində biliklərə nail olmaqdır.

  “Sərhədsiz riyaziyyatçılar” layihəsi üzrə keçirilən olimpiadada Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri medallara layiq görülüblər. Belə ki,

    Xç sinif şagirdi İsmayılzadə İsmayıl Nəcəf oğlu I,

    XIb sinif şagirdi Abbasov Amin Emin oğlu II,

    VIIIc sinif şagirdi Zaidova Aydan Vaqif qızı isə III yeri qazanıblar.  

        Mükafatlar şagirdlərimizə 28 mart 2024-cü il tarixində ADA Universitetində təqdim edildi.

          Şagirdləri təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!