FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Gələcəyini yarat ( Organize Your Future)

08.12.2016

ADA Universitetin birinci və ikinci kurslarında oxuyan Ülviyyə Məmmədzadə , Mehinbanu Səfixanlı , Heydər Rzayev , Telman Məhərrəmov, Ahmed Osman  və  Aysu Süleymanlı adlı tələbələrdən ibarətdir. Layihənin məqsədi Azərbaycanda təhsil ilə əlaqədar gənclər və şagirdlər üçün imkanlar haqqında məktəbliləri maarifləndirməkdir. Bu imkanlar arasında Azərbaycanda olan gənclər üçün qeyri-hökümət təşkilatları (Azərbaycan və İngilis dilində) İngilis dilini öyrənmək üçün mərkəzlər vardır. Biz çalışırıq ki, Azərbaycanda şagirdlərin fəallığını və təhsilə həvəs və maraqlarını artıraq. Bununla, inanırıq ki, cəmiyyətimizdə gələcəkdə faydalı, savadlı, bacarıqlı və hazırlıqlı gənclər artacaqdır.