FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

ADA Universitetində bir gün

07.02.2019

    07 fevral 2019-cu il tarixində liseyin X Aa sinif şagirdləri və onların sinif rəhbəri Mahirə Məmmədova  Bakalavr tədris proqramları ilə tanış olmaq üçün ADA Universitetini ziyarət etdilər.

  Tanışlıq əsnasında şagirdlərə ADA Universitetində “İnformasiya texnologiyaları və proqramlaşdırma”, eyni zamanda, digər bakalavr tədris proqramları və qəbul qaydaları haqqında məlumat verildi. ADA Universitetinin dekan və müəllim heyəti şagirdlərlə maraqlı söhbət etdilər.

    Daha sonra şagirdlər Universitetin nəzdində fəaliyyət göstərən kitabxana ilə tanış edildi. Şagirdlərimizin daha çox xoşuna gələn isə Universitetdə oxuyan tələbələrin apardığı təcrübələr oldu.