FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Spelling Bee" yarışması

18.03.2019

   Fizika, riyaziyyat və informatika təmayüllü liseydə yerləşən İngilis dili mərkəzinin təşəbbüsü ilə şagirdlər arasında “Spelling Bee” yarışmasına start verilib. Yarışma ilk olaraq VII sinif şagirdləri arasında kecirilib. Yarışmanın ilk mərhələsində  bütün şagirdlər iştirak edib. Hər sinifdən 3 sagird yarışmanın VII siniflər arası növbəti mərhələsində yarışmaq hüququ qazanıblar. Daha sonra VIII, IX, X sinif şagirdləri də yarışmaya qatılacaqlar. Siniflərarası yarışma bitdikdən sonra qaliblər finalda yarışacaqlar.

Qeyd edək ki, “Spelling Bee” yarışması bir cox ölkələrdə hər il məktəblərdə keçirilən bir söz yarışmasıdır. Yarışmada məqsəd uşaqların sözləri düzgün tələffüz etməsinə, söz ehtiyatını artırmasına, daha cox mütailə etməsinə kömək etməkdir. Yarışma, eyni zamanda, uşaqlarda yaddaşı, diqqəti və məntiqi təfəkkürü gücləndirir.