FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İnsan üçün qorxulu qurd xəstəlikləri

16.04.2019

Dünyanın bütün ölkələrində, xüsusilə məktəblilər arasında geniş yayılmış, orqanizmdən gec təmizləndiyindən müalicəsi ilə bağlı çətinlik törədən xəstəliklərdən biri də qurd xəstəlikləridir.

İnsan orqanizmi qurdlar üçün ən yaxşı qidalandırıcı mühitdir.Orqanizmə daxil olduqda immun və sinir sistemini zəiflədir, vitamin və mineralların azalmasına, allergik reaksiyalara, qan azlığına səbəb olur, həzmi pozur.

Bəs parazit qurdlar insana necə yoluxur, onlar hansı xəstəliklər törədir?

11.04 .2019-cu il tarixdə liseyin biologiya müəllimi S.Kərimova bu mövzuda şagirdlərlə maarifləndirici tədbir keçirdi.Tədbirdə şagirdlərlə parazitlər haqqında müzakirələr aparıldı. Ananas, sarımsaq, balqabaq tumları, qıjı bitkisinin kökümsovlarının qurdqovucu təsirə malik olan qidalar sırasında olduğu şagirdlərin nəzərinə çatdırıldı.

 “Helmintozlar haqqında nəyi bilməliyik?”, “Qurd xəstəliyinin olmasının əlamətləri”, “Qurddan qurtulmağın təbii yolları” adlı videoçarxlar şagirdlər tərəfindən maraqla qarşılandı.

Sonda gigiyena qaydalarına əməl etmənin parazit qurdlarla mübarizədə ən təsirli vasitə olduğu diqqətə çatdırıldı.