FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi təmsil edəcək komandaların tərkibində yer alıb.

18.06.2019

4-11 avqust 2019-cu il tarixlərində Azərbaycanda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2019) ölkəmizi təmsil edəcək şagirdlərin adları məlum olub. Azərbaycan bu yarışmada iki komanda ilə təmsil olunacaq.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri hər iki komandanın tərkibində yer alıb. Belə ki, liseyimizin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə birinci komandada, Fatimə Ömərova isə ikinci komandada çıxış etmək hüququ qazanıb.

Qeyd edək ki, ölkəmizi bu olimpiadada təmsil edəcək komandaları müəyyənləşdirmək məqsədi Təhsil Nazirliyi tərəfindən seçim imtahanı keçirilib. Seçim imtahanlarına Respublika fənn olimpiadalarında informatika fənni üzrə qalib olan şagirdlər dəvət edilib.

Şagirdlərimizi təbrik edir, onlara qarşıdakı bilik yarışında uğurlar arzulayırıq!