FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Qədim Azərbaycan dövlətlərinin bayraqları və rəmzləri" mövzusunda tədbir

29.11.2019

   29 noyabr 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIIIb sinfinin şagirdləri tarix müəllimi Anar Ələsgərovun bələdçiliyi ilə “Qədim Azərbaycan dövlətlərinin bayraqları və rəmzləri” mövzusunda tədbir hazırlamışdılar.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı. Daha sonra VIIIb sinfinin şagirdi Nəzrin Həsənova Dövlət Himni, onun yaranması haqqında məlumat verdi.

    Tədbirin davamı olaraq, VIIIb sinfinin şagirdləri İmran Məmmədov, Nihad Qasımzadə, Dərya Namazova qədim Azərbaycan dövlətlərinin bayraqları, onların mənaları haqqında xronoloji ardıcıllıqla geniş məlumat verdilər. Şagirdlər, eyni zamanda, xanlıqların bayraqları haqqında hazırladıqları məlumatları slaydlar şəklində təqdim etdilər.

     Daha sonra həmin sinfin şagirdi Əli Hüsüynov Azərbaycan xanlıqlarından, xüsusilə Gəncə xanlığının rəmzlərindən bəhs etdi.

     Tədbir Anar müəllimin yekun nitqi ilə sona çatdı.