FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Onlayn dərslər

03.04.2020

   Bildiyimiz kimi, “Covid-19"-la əlaqədar olaraq, Azərbaycan hökumətinin qabaqlayıcı tədbirlər görərək, həyata keçirdiyi sosial təcrid təhsil müəssisələrində fasilə yaratmışdır. Lakin ölkənin digər məktəbləri kimi Fizika, riyaziyyat və informatika təmayüllü liseyin pedaqoji kollektivi də bu çətin günlərdə vətəndaşlıq borclarını yerinə yetirərək, dərs dedikləri şagirdlər üçün onlayn dərslər keçirlər. Müəlimlərin bir hissəsi vatsap qruplar, bir hissəsi isə digər proqramlar (Zoom) vasitəsilə tədris prosesini həyata keçirməyə çalışırlar.

 Əlbəttə, sinif şagirdləri ilə müəlimlərin virtual məkanda bir araya gətirilməsi, əlaqələndirilməsi prosesinində sinif rəhbərləri xüsusi fəallıq nümayiş etdirirlər.

 Bü işdə əməyi olan hər kəsə Təhsil Nazirliyi və liseyin rəhbərliyi adından dərin təşəkkürümüzü bildirir, onlara bu çətin və şərəfli yolda uğurlar arzulayırıq!