FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinə qəbul imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmiş VII və VIII sinfi bitirən şagirdlərin və onların valideynlərinin nəzərinə!

18.08.2020

Hörmətli valideynlər, əziz şagirdlər!

    Bildiyimiz kimi, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində həftəsonu (şənbə, bazar) ictimai nəqliyyatın hərəkəti dayandırılır. Növbəti qadağa 22.08.2020-ci il tarixinə təsadüf etdiyindən şagirdlərin imtahana gəliş-gedişində çətinliklər yaranacağını düşünərək, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinə 22.08.2020-ci il tarixinə təyin edilmiş qəbul imtahanının vaxtı 27 avqust 2020-ci il tarixinə dəyişdirilmişdir.

QEYD: VII və VIII sinfi bitirənlər üçün imtahana buraxılış vərəqələrinin verilməsi ilə bağlı əlavə məlumatlar veriləcəkdir. Liseyin saytını izləyin.