XƏBƏRLƏR
Qələbə gününə həsr olunmuş "Xəzər" intellektual oyununun qalibləri
01.12.2020
20 noyabr 2020-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qələbə gününə həsr olunmuş “Xəzər” intellektual oyunu keçirildi. Bu intellektual oyunda 40 komanda iştirak edirdi. Oyunda iştirak edən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin “Evklid” komandası 24 sualın hamısına düzgün cavab verərək, yarişin qalibi olublar. Komandanın tərkibi:
Abbasov Amin Emin
Əsədova Əminə Eldar
İsmayılova Nəzrin Fuad
Qaçabəyova Həlimə Yaşar
Məmmədov Fəzli Nurlan
Zeynalov Fəxri Elşad
Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!