FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Uşaqların dünyası asfalt üzərində" adlı tədbir

01.06.2021

   01 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə 31 may 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təməyüllü Respublika liseyində UBR N.Hüseynzadənin təşəbbüsü, 7 və 8-ci sinif şagirdlərinin, onların sinif rəhbərlərinin iştirakı ilə “Uşaqların dünyası asfalt üzərində” adlı tədbir keçirildi.

Tədbirdə liseyin şagirdləri asfalt üzərində təbaşirlə müxtəlif rəsmlər çəkdilər. Bu rəsmlərdə dünyamız uşaqların təxəyyülündə rəngarəng ifadə formalarında əks olundu.

Tədbirin təşkilatçılarına və iştirakçılarına liseyin rəhbərliyi adından təşəkkür edir, uğurlar arzulayırıq!