FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Görkəmli alim Naqif Nəbiyevin əziz xatirəsinə həsr olunmuş fizika olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi

25.11.2021

    25 noyabr 2021-ci il tarixində BDU-da görkəmli alim, uzun illər fizika fənni üzrə beynəlxalq olimpiadalarda iştirak edən milli komandanın rəhbəri, mərhum müəllim Naqif Nəbiyevin əziz xatirəsinə həsr olunmuş fizika olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi. 8-9-cu sinif şagirdləri arasında fizika fənni üzrə keçirilən müsabiqənin qalibləri arasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 5 şagirdi də yer alıb. Mükafatlara layiq görülmüş şagirdlərimizi siz də tanıyın:    

İsmayılzadə Amil Vidadi - 9a – gümüş

Tərişli Nihat Əfqan – 9a – gümüş

Həmidov Ağahəmid Mansur – 9c - gümüş

Qasımov Əli Şıxəli – 9a – bürünc

Əsədova Əminə Eldar – 9b – bürünc

          Şagirdlərimizi, onlar üçün əziyyət çəkən hər kəsi liseyin rəhbərliyi adından təbrik edir, can sağlığı, yeni-yeni uğurlar arzulayırıq!