FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Reproduktiv sağlamlıqla bağlı maarifləndirici dərs

01.03.2022

       01.03.2022 tarixdə Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinin Biologiya müəllimi İradə Zeynalova “Ümumtəhsil məktəblərinin ümumi orta təhsil səviyyəsində reproduktiv sağlamlığın tədrisi üzrə metodik tövsiyə”yə əsaslanaraq, VIII sinifdə oxuyan qızlara "Reproduktiv sağlamlıq" la bağlı maarifləndirici dərs keçdi. Dərs zamanı müəllim şagirdlərə yeniyetmələrdə psixo-emosional və davranış dəyişiklikləri, Premenstrual sindrom (PMS), gigiyena vasitələrinin necə seçilməsi, yeniyetmələrin qidalanma vərdişləri ilə bağlı məlumatlar verdi, şagirdlərlə fikir mübadiləsi apardı.

          İradə müəllimə lisey rəhbərliyi adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq!