FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yeniyetmələrin Balkan İnformatika Olimpiadasından (JBOİ 2022) qızıl medal

05.09.2022

     28 avqust - 3 sentyabr tarixlərində Rumıniyada Yeniyetmələrin Balkan İnformatika Olimpiadası (JBOİ 2022) keçirilib. Bu bilik yarışında məktəblilərimiz ilk dəfə çıxış etsələr də, böyük uğur əldə ediblər. Belə ki, yeniyetmələrdən ibarət Azərbaycan komandası 2 medal və 2 həvəsləndirici mükafata layiq görülüblər. Komandanın tərkibində yer alanların ikisi Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləridir.  Beləliklə, liseyin 10d sinif şagirdi Qarayev Fuad Mübariz oğlu qızıl medal, Ələkbərli Şahin Rahid oğlu isə həvəsləndirici mükafat qazanıb.

     Şagirdlərimizi, onlar üçün əziyyət çəkən hər kəsi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!