FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

27 Sentyabr Anım Günü

27.09.2022

           27 sentyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində Anım Günü ilə əlaqədar olaraq, 9d sinfinin şagirdləri əllərində şəhid məzunlarımızın və şəhid olmuş müəllimlərin şəkillərini tutaraq, Dövlət Himnini oxudular və liseyin foyesində olan məzunlarımızın şəkilləri önünə gül dəstələri qoydular. Bundan başqa 8ç sinif şagirdləri gündəliklərinin üz qabığına şəhidlərin şəkillərini yerləşdirdilər.

          Allah bütün şəhidlərimizə rəhmət eləsin!